<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>154</hymn_number>
<lyrics>[V1]
 Günahlı bəndəni kim əfv eyləyər
 Allahdan savayı, Rəbdən savayı?
 Kim qovar kədəri, qüssəni, qəmi?
 Kim doldurar qəlbə şadlıq, sevinci?

[C1]
   Yaralı qəlblərə kim məlhəm qoyar
   Allahdan savayı, Rəbdən savayı?

[V2]
 Mənim çiyinləri çarmıxlı Rəbbim,
 Ayağı, əlləri mismarlı Rəbbim,
 Bu dünyada bizi bəxtiyar etdin,
 Ölüm pəncəsindən Sən azad etdin.

[C2]
   Kim keçərdi candan günahkar üçün?
   Kim tökərdi qanın günahlar üçün?

[V3]
 Müqəddəs Ruhunla doldun qəlblərə,
 Məhəbbətlə doldun Sən ürəklərə.
 Kim verər əbədi həyat bizlərə
 Allahdan savayı, Rəbdən savayı?

[C3]
   Günahlı bəndəni kim əfv eyləyər?
   Günahlarçün özün kim qurban verər?
   Nurlu gələcəyə kim yol göstərər?
   Allahdan savayı, Rəbdən savayı?</lyrics>
<title>Günahlı bəndəni kim əfv eyləyər İL154</title>
</song>